Göyçay, İmişli və Saatlıda bu gün qaz olmayacaq

Göyçay, İmişli və Saatlıda bu gün qaz olmayacaq

18 Aprel 2014 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün bir neçə rayonun təbii qaz təchizatında fasilələr olacaq.

"Azadkənd-İmişli" magistral qaz kəmərinin 86, 90,5 və 96-cı kilometrlərində və "Qazıməmməd-Qazax" I xətt magistral qaz kəmərinin 117, 117,2, 127,5 və 136,6-cı kilometrlərində əmələ gəlmiş qaz sızmalarının ləğvi, həmçinin "Göyçay-2" qazpaylayıcı stansiyasında kollektor üzərində yenidənqurma işləri ilə əlaqədar bu gün saat 18:00-dək Göyçay və İmişli rayonlarına, eləcə də Saatlı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Mediainfo.az