Hacı Nuranın son görüntüsü - FOTO
Almaniyada ağciyər xərçəngindən müalicəsini davam etdirən, minlərlə insana "Xeyir körpüsü"ndə yardımçı olan, indi isə özünün mənəvi yardıma ehtiyacı olan tanınmış teleaparıcı Hacı Nuran Facebook səhifəsində yazıb:
"Mənə həmişə elə gəlir ki, isti varlıq Günəşdir! Amma hərdən elə dostlarımın səmimiyyətini görürəm ki, günəş istisi onun yanında zəif görünür. Bir fərq də var; həqiqi dost istisindən yanmaq olmur. Xəstə olduğum birinci gündən mənə çox dəstək olanlardan, şəxsən mənim özümə və neçə-neçə ağır xəstələrin əməliyyatlarına və müalicələrinə maddi-mənəvi kömək olan, xüsusilə Bakıdan bir neçə dəfə bura – Almaniyaya mənim ziyarətimə gələn uşaqlıq dostum, çox istədiyim "Wold Telecom" şirkətlər qrupunun prezidenti Hacı Nazim Fərzəliyev oldu. Dəyərli dostum, qardaşım, təşəkkür etməyə söz tapmıram. Çox sağ ol ki, varsan. Allah səni hər zaman qorusun! Gəlişin ilə məni çox sevindirdin. Allah da səni sevindirsin!"
Hacı Nurana bütün Azərbaycan xalqı adından can sağlığı arzulayır, tezliklə sağ-salamat vətəninə dönməsini Ulu Yaradandan diləyirik!
Hazırladı: Könül Aypara








































.jpg)
















.jpg)














.jpg)


.png-1.png)

















