Teymur Rəcəbov beynəlxalq şahmat turnirində iştirak edəcək

Teymur Rəcəbov beynəlxalq şahmat turnirində iştirak edəcək

2 İyun 2011 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 11-də Rumıniyanın Bazna şəhərində altı şahmatçının iştirakı ilə 20-ci dərəcəli "Kings Tournament" 5-ci beynəlxalq şahmat turniri başlayacaq. Yarışlarda Maqnus Karlsen (Norveç, 2815), Vasili İvançuk (Ukrayna, 2776), Sergey Karyakin (Rusiya, 2776), Hikaru Nakamura (ABŞ, 2774), Liviu-Diter Nisipyanu (Rumıniya, 2262), habelə, Azərbaycan yığmasının üçüncü nömrəli şahmatçısı Teymur Rəcəbov (2744) iştirak edəcək. "Bazna Kings" turniri iyunun 22-də başa çatacaq. Bu turnirin 2009-cu ildə qalibi ukraynalı qrossmeyster Vasili İvançuk olmuşdur. Keçən il isə Norveç şahmatçısı Maqnus Karlsen qalib gəlmiş, Teymur Rəcəbov gümüş, Boris Gelfand (İsrail) isə bürünc medallar qazanmışlar.

Həyat da şahmat oyunu kimidir. Ağıllı olan qalib gəlir...

Könül Aypara

O.M.