Bəxtiyar Hacıyevə cinayət işi açılıb

Bəxtiyar Hacıyevə cinayət işi açılıb

14 Aprel 2014 17:37
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda gənc fəala qarşı cinayət işi başlayıb. Bu barədə apa -ya Müsbət Dəyişikliklər Hərəkatın təsisçisi Bəxtiyar Hacıyev özü məlumat verib. B. Hacıyev qeyd edib ki, bu gün Nərimanov Rayon Polis İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda polisdə ifadə verdiyini qeyd edən B. Hacıyev özünə qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.