Realiti-şounun məşhuru intihar etdi

Realiti-şounun məşhuru intihar etdi

14 Aprel 2014 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

Müstəntiqlər 29 yaşlı qadının özünü qazla zəhərləyərək öldürdüyünü hesab edir

Keçən ilin 7 sentyabrında yaşadığı evdə meyiti tapılan "Dom 2" telelayihəsinin keçmiş iştirakçılarından biri Svetlana Rayximovanın intihar etdiyi bəlli olub. ANS-in məlumatına görə, İstintaq Komitəsinin gəldiyi qərar belədir. Müstəntiqlər 29 yaşlı qadının özünü qazla zəhərləyərək intihar etdiyini hesab edir.
Murmansk şəhərindən olan Svetlana 2005-ci ildə realiti-şouda iştirak edib.
Qalmaqallı teleşounun iştirakçıları çox zaman belə xəbərlərin qəhrəmanları olurlar. Mixail Podorov 2011-ci ildə narkotik maddənin saxlanması və satılmasına görə həbs edilib. 2013-cü ildə isə Anastasiya Daşko dələduzluq maddəsi ilə həbs edilib.