MTRŞ-dan ANS-ə cavab gəldi

MTRŞ-dan ANS-ə cavab gəldi

14 Aprel 2014 13:47
Bəyəndim (0) Bəyənmədim (0)
"Biz qanunun keşiyində dururuq!"

"ANS tərəfimizdən onlara edilmiş xəbərdarlıqdan heç bir nəticə çıxarmır və bizi qərəzli şəkildə mübahisəyə çəkir".

Milli Tеlеviziyа və Rаdiо Şurаsının Aparat Rəhbəri Toğrul Məmmədov ANS-in MRTŞ-lə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciətinə münasibət bildirərkən deyib ki, ANS TV rəhbərliyi bu iddianı hələ mart ayından qaldırıb: "Bununla bağlı hətta onların əsassız iddialarına görə mart ayında hazırlıq iclası da keçirilib. Onu da deyim ki, biz ANS-ə cərimə kəsməliydik, lakin MRTŞ-in humanistliyi əsasında onlara xəbərdarlıq edildi. Onlar da götürüb əsassız şəkildə məhkəməyə müraciət ediblər".
MRTŞ rəsmisi telekanala xəbərdarlıq etməyi də unutmadı: "Son olaraq onu da qeyd edim ki, hər hansı bir qanun pozuntusu olacaqsa, MRTŞ bununla bağlı ciddi tədbirlər görəcək. ANS unutmasın ki, biz qanunun keşiyində dururuq". /aktual/

Mediainfo.az