YENİLƏNDİ!!! Qafqaz Universitetinin adı TQDK-dan çıxarılıb?!
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il qəbul aparılacaq ali məktəblər sırasına Qafqaz Universiteti daxil edilməməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, növbəti tədris ili üçün ali məktəblərə qəbul planı artıq komissiyaya təqdim olunub. Onun sözlərinə görə, bu il də Qafqaz Universitetinə həmişə kimi qəbul planı ayrılıb və həmin ali məktəbə qəbul aparılacaq: "Qeyd edək ki, Qafqaz Universitetinə builki qəbul planında nisbətən artım var. Bu il Qafqaz Universitetinə qəbulun aparılmayacağı ilə bağlı məlumatlar doğru deyil".
E. Nağızadə qeyd edib ki, bütün ali məktəblərə qəbul planı yaxın günlərdə "Abituriyent" jurnalının 3-cü sayında dərc olunacaq. Qeyd edək ki, bu gün TQDK-nın qəbul aparacağı ali təhsil müəssisələrinin sırasına Qafqaz Universiteti daxil edilməməsi barədə məlumatlar yayılıb. /apa/
*****************************************************************************
Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul aparacağı ali təhsil müəssisələrinin sırasına Qafqaz Universiteti daxil edilməyib.
Amma Qafqaz Universitetinin prorektoru Natiq Paşa yayılan məlumatın əksinə olaraq bu il universitetə qəbul aparılacağını qeyd edib:
"Bütün sənədləri, qəbul planlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına vermişik və Komissiya onları təsdiqləyib. Qafqaz Universitetinin qəbul siyahısından çıxarılması xəbəri inandırıcı deyil. Qəbul mütləq aparılacaq. Hətta builki planımız keçən ilkindən təxminən 128 nəfər artıqdır".
Mediainfo.az






















.jpg)
.jpg)
.jpg)































.jpg)




































