Nigeriyada yenə də dinc camaata hücum edilib

Nigeriyada yenə də dinc camaata hücum edilib

13 Aprel 2014 02:54
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Nigeriyanın şimal-şərqindəki Borno ştatında silahlılar bir neçə yaşayış məntəqəsinə hücum edib, nəticədə azı 130 nəfər ölüb.

Hücuma məruz qalmış yaşayış məntəqələrinin birində silahlılar kitabxana, pedaqoji kollec və bir neçə ev yandırıblar. Məlumata görə, yerli əhalinin əksəriyyəti qonşu Kameruna qaçıb. Hücumlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Qanlı hadisələrlə "Boko Haram" radikal dini qruplaşmanın əlaqəli olduğu ehtimal olunur.

Mediainfo.az