Əhali, ehtiyatlı olun!

Əhali, ehtiyatlı olun!

1 İyun 2011 16:19
Bəyəndim (0) Bəyənmədim (0)
Səhiyyə Nazirliyi xəbərdarlıq edir

Azərbaycan Səhiyyə Nazirliyi yay mövsümündə əhalini meyvə-tərəvəzdən istifadə edərkən ehtiyatlı olmağa çağırıb. Nazirliyin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib ki, Almaniyada baş verən bağırsaq infeksiyası ilə əlaqədar Azərbaycanda əhali meyvə-tərəvəzlərdən istifadə edərkən ehtiyatlı olmalıdır. "Yay mövsümündə insanlar meyvə-tərəvəz vasitəsilə hər hansı infeksiyaya yoluxmamaq üçün ilk növbədə şəxsi gigiyena qaydalarına əməl etməlidirlər. Bununla yanaşı, həm də meyvə-tərəvəzi təmiz yuduqdan sonra istifadə etməlidirlər. Biz bunu yalnız bu il deyil, əvvəlki illərdə də demişik", - V.Qasımov əlavə edib. Almaniyada yayılmağa başlayan kəskin bağırsaq infeksiyasına artıq Avstriya, Böyük Britaniya, Danimarka, Fransa, Niderland və İsveçdə də yoluxma halları baş verib. İnfeksiyanın yayılma mənbəyi hələ dəqiq müəyyən edilməyib. Almaniya rəhbərliyi bir neçə gün əvvəl infeksiyanın mənbəyinin İspaniyadan gətirilmiş xiyarda aşkar edildiyini açıqlasa da, bu fakt hələlik təsdiqlənməyib.

Bir vaxt ən məsləhətli olan qida vaxt gəlir, təhlükə yaradır.

Günel Həbib

O.M.