İbad Hüseynov Qarabağ veteranlarının şikayət ərizəsilə bağlı açıqlama verdi
Keçmiş döyüşçü İbad Hüseynov bu gün mətbuata məktub ünvanlayan bir qrup Qarabağ veteranlarını kəskin şəkildə qınayıb. Rəsmi Facebook səhifəsində fikirlərini bu cür izah edib:
"O səngərlər mənim qanım bahasına qazılmışdır. Monte hələ də bəzilərini narahat edir. Onların yerinə sadəcə utanıram. Onlar Monteni təbliğ etməkdənsə, öz döyüş yollarından yazsaydılar, daha yaxşı olardı. Mənim atdığım addımları, gördüyüm işləri, etdiyim əməlləri danmalıyammı? Anlamıram bu insanları. Melkonyana kimi saysız döyüşlərim, əməliyyatlarım olub. Döyüşdüyüm ərazidə bütün döyüşlərin önündə olmuşam və bütün kəşfiyyatlara da mən getmişəm.... yaralanana qədər.... Mən yaralanandan sonra da müharibə səngiməyə başladı... sonra da atəşkəs elan edildi". Bu əməliyyatlarda mən tək olmamışam, çoxsaylı insanlar olub. Maraqlananları onlarla görüşdürə bilərəm. Yazı yazmaq, özünü reklam etmək asandır...Mən yazı da yazmıram, reklam da etmirəm. Bu gün bizim əsgərlərin dayandığı səngərlər ermənilərin 300 metrdə dayanır. Amma o zamanlar ermənilərin 10-15 m kilometrində dayanırdıq. Mən narazılıqlara baxmayaraq, səngərləri qazdım və geri dönərkən tank əleyhinə minaya düşdüm və sağlamlığımı itirdim. Allah, bu mövzuda yazanların canı ağrısa heç yazı yazmazlar. Mən döyüşmüşəm, sağlamlığım itirmişəm. Xalqın gözü tərəzidir".
Xüsusilə vurğulayaq ki, Qarabağ veteranlarının imzaladığı şikayət məktubunda İbad hüseynovun erməni terrorçu Monte Melkomyanı öldürməsi təkzib edilir.
Mediainfo.az








































.jpg)
















.jpg)














.jpg)


.png-1.png)

















