Goranboy sakini Bakıda itkin düşüb

Goranboy sakini Bakıda itkin düşüb

8 Aprel 2014 17:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 35 yaşlı kişi itkin düşüb. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, Goranboy rayon sakini, 1979-cu il təvəllüdlü Arif Rafiq oğlu Tağıyev aprelin 4-də saat 13 radələrində işlədiyi Xəqani küçəsi 15-də yerləşən "Sahil" kafesindən çıxıb, bir daha geri qayıtmayıb.

Hazırda polis onun tapılması istiqamətində iş aparır.