Azərbaycanda təhqiqat orqanının adı dəyişdirilir

Azərbaycanda təhqiqat orqanının adı dəyişdirilir

8 Aprel 2014 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan qanunvericiliyində təhqiqat orqanının adı, təhqiqatçının prokuror qarşısında öhdəliyi dəyişdirilir, ixtisarlar edilir və prokurorun səlahiyyətinə məhdudiyyətlər qoyulur.

Milli Məclisdən verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən parlamentə göndərilən layihədə bununla bağlı Cinayət-Prosessual Məcəllənin 86-cı maddəsinə dəyişikliklər edilib.

Layihəyə əsasən, məcəllədə "Təhqiqat orqanı" adı dəyişdirilərək "İxtisaslaşmış təhqiqat qurumu" adlanacaq. Bundan başqa, təhqiqatçının öz vəzifəsinin icrası zamanı prokuror qarşısındakı öhdəlikləri sırasından "prokurorun əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiqini yoxlamaq imkanını təmin etməsi" vəzifəsi çıxarılaraq ləğv edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.