Bakıda dəhşətli qəza

Bakıda dəhşətli qəza

3 Aprel 2014 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsi aprelin 2-si saat 21 radələrində Xəzər rayonu ərazisində baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Məlumata görə, Bakı-Mərdəkan yolunda Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Namiq Əliyev idarə etdiyi "Toyota-Prado" markalı avtomobillə 1992-ci il təvəllüdlü Türkanə Zərbəliyevanı, qızı 2009-cu il təvəllüdlü Rəna Emil qızını və bacısı 1995-ci il təvəllüdlü Xədicə Rəşidovanı vurub.

Onlar xəsarətlə 3 saylı xəstəxanaya daxil olub, T.Zərbalıyeva xəstəxanada ölüb.