Xaçmazda qəza: yaralılar var

Xaçmazda qəza: yaralılar var

1 Aprel 2014 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə "VAZ 2106" markalı avtomobillə "Lada-Priora" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ 2106" markalı avtomobilin sürücüsü, Xaçmaz rayonu Ağaverdioba kənd sakini, 38 yaşlı Ədalət Xanəliyev müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Digər yaralı Ləcət kənd sakini, 33 yaşlı Ədalət Tayıbov isə ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.