Əsgərimiz şəhid olub
Müdafiə Nazirliyi cəbhədə şəhid olan əsgərimizlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, martın 17-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.
Nəticədə Silahlı Qüvvələrimizin əsgəri Həsənov Elvin Çingiz oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən şəhid olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə, əsgər Həsənov Elvin Çingiz oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.
-----------------
Bu gün ordumuz bir itki verib. Hadisə cəbhənin Füzuli istiqamətində qeydə alınıb. Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri 20 yaşlı Həsənov Elvin Çingiz oğlu düşmən gülləsinə tuş gələrək şəhid olub.
Allah rəhmət eləsin.















.jpg)




.jpg)

.jpg)














.jpg)






.jpg)


















































