Piyada qadın "Mercedes"lə vuruldu

Piyada qadın "Mercedes"lə vuruldu

14 Mart 2014 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 13-də saat 16:00 radələrində Binəqədi rayonu Ordubadi küçəsində Bakı şəhər sakini Yasin Cəlilov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Samirə Qaraşovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş S.Qaraşova orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.