Yaşayış evi yandı

Yaşayış evi yandı

14 Mart 2014 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Siyəzən şəhərində yanğın hadisəsi baş verib. Apa-nın şimal bürosunun verdiyi məlumata görə, 1964-cü il təvəllüdlü Siyəzən şəhər sakini Balayev Eldar Ağamoğlan oğluna məxsus ümumi sahəsi 255 kv. m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağının tavanı 6 kv.m sahədə və içərisində olan ev əşyaları qismən yanıb.

Hadisə yerinə cəlb olunan Siyəzən Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsinin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.