Yaralılar Türkiyəyə gətirilib
Benqazidən Türkiyəyə gələn "Ankara" gəmisində 470 nəfər yaralı Liviya vətəndaşı da gətirilib.
Yaralılar müayinə üçün dərhal sahildə yaradılan müvəqqəti xəstəxanalara yerləşdirilib.
Hava hücumları zamanı xəsarət alan vətəndaşların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, "Ankara" gəmisi 11 gün əvvəl tibbi ləvazimatlar aparmaq üçün Liviyaya getmişdi.
O.M.
Digər xəbərlər