Turan İbrahimov "Ümid var" verilişinin bağlanması haqda fikir yürütdü
ATV-də səhər proqramının aparıcısı olmuş Turan-Samir İbrahimov "Ümid var" verilişinin bağlanması ilə baglı Facebook səhifəsində fikir yürüdüb:
""Ümid var" verilişini "ATV" kanalının rəhbərliyi bütün kommersiya maraqlarının, reklam gəlirlərinin üstündən xətt çəkərək, ictimai maraqlar naminə və öz iradəsi ilə bağladı. Bu qərar həm də bir mesaj kimi qiymətləndirilməlidir. İctimai maraqlar hər zaman korporativ maraqlardan üstün tutulmalıdır. O ki qaldı "Ümid var" verilişinin komandasına, onlar bu verilişlə bütün yerli teleməkanın proqramçılıq siyasətinə yön verən iş ortaya qoymuşdular. Əmin olun ki, indi də başqa standartlar diqtə edəcək verilişlə geri dönəcəklər. Buna heç bir şübhəniz olmasın".
Əlavə edək ki, sözügedən telekanalın işçiləri "Ümid var" verilişinin bağlanması qərarından son dərəcə sarsılıblar. Hər kəs Zaur Baxşəliyev və onun komandasına mənəvi dəstək olmağa çalışır..
P.S. Deyəsən, "Ümid var"ın başqa formatda efirə qayıtmasına ümid var...
Hazırladı: Könül Aypara
























































.jpg)







.jpg)































