Akademik Asəf Nadirov dünyasını dəyişib

Akademik Asəf Nadirov dünyasını dəyişib

14 Mart 2014 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

Akademik Asəf Nadirov bu gün səhər saatlarında Bakıdakı özəl klinikalardan birində dünyasını dəyişib.

Asəf Abbasqulu oğlu Nadirov 1929-cu il martın 13-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilkənd kəndində anadan olub. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisadçı-coğrafiya ixtisasını bitirmişdir. 1968-ci ildə iqtisadi elmlər doktoru, 1970-ci ildə isə professor elmi dərəcəsinə yüksəlib. 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilib. AMEA-nın İqtisadiyyat İnstitutunda şöbə müdiri(1958-1964), elmi işlər üzrə direktor müavini(1964-1981), AMEA Rəyasət Heyətinin baş elmi katibi və akademik-katibi(1981-1997), AMEA-nın Rəyasət Heyətinin üzvü vəzifəsində çalışıb. 2003-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komitəsinin Rəyasət Heyətinin üzvüdür. Asəf Nadirovun rəhbərliyi ilə 6 nəfər doktor və 60 nəfərdən artıq namizədlik dissertasiyası müdafiə edib. Mərhum akademik Azərbaycan Respublikasının ali mükafatları "Şərəf" (2009) və "Şöhrət" (2004) ordeni təltif olunub.

Allah rəhmət eləsin!

Mediainfo.az