Şəkidə iki yanğın hadisəsi qeydə alınıb
Şəkinin Qoxmux kəndində, Mikayıl Daşdəmirova məxsus ev yanıb. Yanğın nəticəsində evin çardağı yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Digər yanğın hadisəsi rayonun Qayabaşı kəndində İsmayıl Məmmədovun həyətindəki tövlədə baş verib. Yanğın nəticəsində tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 3 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hər iki yanğın baş verən əraziyə FHN-in Şəki rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Hər iki faktla bağlı FHN-in Şəki rayon DYMX-də araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər
































.jpg)








.jpg)





















































