20 yaşlı əsgərin əlində patron partladı

20 yaşlı əsgərin əlində patron partladı

10 Mart 2014 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu xəsarət alıb.

Hadisə Müdafiə Nazirliyinin qərb bölgəsində yerləşən hərbi hissəsində qeydə alınıb. 1994-cü il təvəllüdlü əsgər Elmir Sərdar oğlu Hüseynovun əlində patron partlayıb. Nəticədə sağ əlinin üç barmağını itirən əsgər hospitala yerləşdirilib.Qeyd edək ki, E. Hüseynov Ağcabədi rayonundan hərbi xidməti çağırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.