İtkin düşən oğurluğa görə tutulub

İtkin düşən oğurluğa görə tutulub

7 Mart 2014 14:03
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda itkin düşən şəxs oğurluq etdiyinə görə tutulub. Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, paytaxtın Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin və Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Natiq Qasımova və Rəhman Mustafayevə məxsus mağazalardan 100 manat pul, danışıq kartları və tütün məmulatı oğurlamış, habelə Şamo Qazıyevə məxsus mağazadan oğurluğa cəhd göstərmiş Abşeron rayon sakini Rzaqulu Allahquliyev yaxalanıb.

Araşdırmalar zamanı R.Allahquliyevin itkin düşməsi barədə yaxınları tərəfindən martın 5-də Zəngilan rayon Polis Şöbəsinə ərizə ilə müraciət edildiyi müəyyənləşdirilib.