Qəza ölümlə nəticələndi

Qəza ölümlə nəticələndi

6 Mart 2014 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin rəsmi saytı xəbər verir ki, martın 5-də saat 17 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsinin ərazisində Talış kənd sakini Elman Qafarov idarə etdiyi "VAZ-2106" markalı avtomobili aşırıb. E.Qafarovun sərnişini - Meyniman kənd sakini Arslan İsgəndərov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.