Metroda qatarın altına yıxılan sərnişinin qolu kəsildi

Metroda qatarın altına yıxılan sərnişinin qolu kəsildi

6 Mart 2014 12:00
Bəyəndim (0) Bəyənmədim (0)
Kimliyi bəlli olmayan 25 yaşlı gənc süni nəfəs aparatına qoşulub

Ötən gün Bakı Metropoliteninin "Ulduz" stansiyasında qatarın altına yıxılan gəncin kimliyi hələ də müəyyən olmayıb. Hazırda sağ qolu amputasiya olunan 25 yaşlı gənc Elmi-Tədqiqat Ortopediya Travmotologiya İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxananın şöbə müdiri Eyvaz Hacıyevin verdiyi məlumata görə, xəstə hazırda süni nəfəs aparatına qoşulub."Xəstə daxil olarkən vəziyyəti kritik həddə idi. Onun sağ qolu bazu hissədən amputasiya edilib. Sifətində olan açıq yaralar tikilib. Xəstə özünə gəlməyib. Hazırda onun həyatı üçün ciddi təhlükə var".

Onun sözlərinə görə, hələlik xəstənin kimliyi məlum olmayıb. Onun üstündə hər hansı sənəd də olmayıb. Hazırda hüquq-mühafizə orqanları gəncin kimliyinin müəyyən olunması və yaxınlarının tapılması istiqamətində araşdırmalar aparır.