Ağbirçəkdən gözlənilməz addım
75 yaşlı qadın özünü su kanalına atıb
Bu gün səhər saatlarında Mingəçevirdə ahıl yaşlı qadın həyatına son qoyub. Rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, İncilli yaşayış massivi, ev 8 ünvanında yaşayan 1939-cu il təvəllüdlü Rəfiqə Əsəd qızı Həsənova özünü Qarabağ su kanalının Mingəçevir ərazisindən keçən hissəsinə atıb. Onun meyiti xilasedicilər tərəfindən çıxarılıb.
Araşdırmalar zamanı məlum olub ki, Rəfiqə Həsənova səhər saat 08:00-da heç kimə bir söz demədən evdən çıxıb.
Qeyd edək ki, 75 yaşlı Rəfiqə Həsənova bundan əvvəl də bir neçə dəfə intihara cəhd edib. Onun intihar etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Digər xəbərlər