Sərhədi pozaraq, "cihad"a getmək istəyən dörd nəfər tutulub

Sərhədi pozaraq, "cihad"a getmək istəyən dörd nəfər tutulub

5 Mart 2014 11:08
Bəyəndim (0) Bəyənmədim (0)
Xaricdə münaqişə zonalarında döyüşmüş 47 şəxs müəyyənləşdirilib

Azərbaycanda xüsusi xidmət orqanları tərəfindən 2013-cü il ərzində dövlət sərhədinin mühafizəsi nəticəsində xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı və 4 nəfər xarici ölkə vətəndaşı barədə müvafiq tədbirlər görülüb.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il üzrə hesabatda bildirilir. Hesabatda qeyd olunur ki, sərhədlərin mühafizəsi sayəsində terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 47 şəxs müəyyənləşdirilib, onlardan 11 nəfərinin həlak olması barədə məlumat əldə edilib, 7 nəfəri isə saxlanılıb.

Rusiya-Azərbaycan dövlət sərhədini pozmaqla, "cihad" pərdəsi altında Suriyaya döyüşməyə getmək istəyən 4 Rusiya vətəndaşı tutulub, qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 cinayətkar dəstə zərərsizləşdirilib.