Bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya komissiyası yaradıldı

Bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya komissiyası yaradıldı

5 Mart 2014 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2 mart 2014 - cü il tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya komissiyası yaradılıb.

Komissiyadan verilən məlumata görə, bakalavrlar Apelyasiya komissiyasına 2014-cü il 5, 6 və 7 mart tarixlərində saat 10:00-dan 17:00 dək (saat 13:00-dan 14:00-dək nahar fasiləsi istisna olmaqla) şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.