Doğuşdan sonra daha bir qadın ölüb

Doğuşdan sonra daha bir qadın ölüb

4 Mart 2014 15:40
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda daha bir qadın doğuşdan sonra ölüb. Hadisə Ağstafa rayonunda baş verib. Martın 2-də Mərkəzi rayon Xəstəxanasında övlad dünyaya gətirən 1988-ci il təvəllüdlü Əhmədova Təranə Elşən qızı 1 gün sonra dünyasını dəyişib.

Bildirilir ki, T.Əhmədovanın övladı qeysəriyə əməliyyatı ilə dünyaya gəlib. Ölüm faktı ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalar aparır.