Əsir düşən Ermənistan vətəndaşı ölkəsinə təhvil verilib

Əsir düşən Ermənistan vətəndaşı ölkəsinə təhvil verilib

4 Mart 2014 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 28-də qoşunların təmas xəttini keçərkən saxlanılan Ermənistan vətəndaşı Xocayan Mamika Tiqranoviç bu gün ölkəsinə təhvil verilib. Bunu Apa -ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib.

O, bildirib ki, həmin şəxs Ermənistan tərəfinə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) köməkliyi ilə verilib.

Qeyd edək ki, yanvarın 28-də saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndində çayı keçərkən sakinlər tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.