Azərbaycanda alkoqolizm problemə çevrilir
2012-ci ildə Azərbaycanda 21 103, 2011-ci ildə isə 19 765 nəfər alkoqolik olub., Səhiyyə Nazirliyindəki mənbədən verilən məlumata görə, hazırda Azərbaycanda 21 584 nəfər rəsmi qeydiyyata götürülmüş alkoqolik var.Alkoqoliklər daha çox kişilərdir. Ümumilikdə, alkoqoliklər arasında 30-39 yaşlı şəxslər üstünlük təşkil edir.Ölkədə rəsmi qeydiyyata alınmış qadın alkoqoliklərin sayı çox cüzi artıb. 2012-ci ildə rəsmi qeydiyyata alınmış alkoqoliklərin 873 nəfəri qadın olduğu halda, 2013-cü ildə qeydiyyata alınan 21 584 alkoqolikin 891 nəfəri qadın olub.Ötən il 879 nəfər ilk dəfə olaraq, alkoqolik kimi qeydiyyata götürülüb. Onların 18 nəfəri qadın olub.
Digər xəbərlər