Azərbaycanın baş prokuroru Qusarda vətəndaşları qəbul edəcək
Azərbaycanın baş prokuroru Zakir Qaralov Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qəbul martın 14-də saat 11:00-da Qusar rayon prokurorluğunun inzibati binasında baş tutacaq. Baş prokurorun una gəlmək istəyən vətəndaşların qeydiyyatı və Qusar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və[email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Digər xəbərlər