AXCP-nın qərargahı yanıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat katibi Natiq Ədilov Facebook sosial şəbəkəsindəki səhifəsində qərargahda partlayış baş verməsi haqda xəbər paylaşıb: "Partlayış zirzəmidəki bərbərxanada olub. Nəticədə qərargahın konfrans zalına ciddi ziyan dəyib".
Gecə saatlarında həqiqətən də Nərimanov rayonunda sahəsi 20 kv.m olan bərbərxanada yanğınla nəticələnən partlayış baş verib. Nəticədə bərbərxananın yanar konstruksiyaları yanıb, arakəsmə divar 30 kv.m sahədə uçub. Bina yanğından mühafizə olunub. Yanğın saat 04:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mediainfo.az
Digər xəbərlər

















.jpg)











































.jpg)





















.jpg)









