Litvada azerbaycanlı tələbələr bir araya gəliblər

Litvada azerbaycanlı tələbələr bir araya gəliblər

3 Mart 2014 09:21
Bəyəndim (0) Bəyənmədim (0)
Aksiya uğurla başa çatb

27 fevral 2014-cü il tarixində Litvanin Kaunas şəhərində Azərbaycan Respublikasi Prezidenti yanında Gənclər Fondunun maliyyət dəstəyi, Vytatutas Maqnus Universiteti, Kaunas Texnologiya Universiteti və Azərbaycanın Litvadakı Gənclər Təşkilatının təşkilati dəstəyi ilə "Youth Vision" adlı tədbir həyata keçirilib. Keçirilən tədbirdə Kaunas şəhərində təhsil alan bir sıra aktiv gənclərin fotoşəkillərinin yer aldığı stend quraşdırılmış, əcnəbi gəncllərin ifasında müxtəlif mədəniyyətlərə məxsus olan musiqilər səsləndirilmış və Azərbaycan mətbəxinin təamları sərgilənmişdir. Litvada təhsil alan əcnəbi tələbələr arasında şəbəkənin qurulması, növbəti mərhələdə həyata keçirilən layihələrə stimul vermək layihənin əsas məqsədi idi. 100-dən çox tələbənin və 150-yə yaxın müşahidəçinin qatıldığı aksiya Kaunas şəhərində keçirilən iri həcmli layihələrdən biri olduğunu deyən layihə rəhbəri Şahsuvar Hacızadə bundan sonrakı mərhələlərdə də bu tip layihələrin, sosial gecələrin keçirilməsi, əcnəbi tələbələr arasında şəbəkənin qurulması, birgə layihələrin işlənib hazırlanmasına stimul verəcəyini bildirib. Ş.Hacızadə:

- Hər bir Azərbaycan gənci xaricdə təhsil alarkən onun ilk nömrəli prioritet məqsədi təhsil almaq olsa da, ondan az vacib olmayan Azərbaycanı müsbət şəkildə təmsil etmə vəzifəsini öz boynuna götürür. Son zamanlar bu sahədə ciddi şəkildə aktivlik hiss olunur. Xaricdə təhsil alan hər bir tələbə anlayır ki, təhsildə əldə etdiyi uğurlarla yanaşı, xüsusi günlərimizi qeyd etməklə, tədbirlərin keçirilməsi ilə, ətrafındakı gənclərlə şəbəkənin qurulması ilə, universitetin akademik heyəti ilə işləməklə Azərbaycanın lobbiçilik fəaliyyətində ciddi şəkildə iştirak zəruridir. Bununla da bizim əcnəbi tələbələrlə münasibətlərimiz inkişaf edir. Daha sonra isə, Azərbaycanın Dağlıq Qarabağ, Xocalı Faciəsi kimi tarixi problemlərini qabartmağa imkanımız yaranır.

Mediainfo.az