
Sevdiyi qıza elçi gələn məktəbli özünü asdı
Ötən gün axşam saatlarında Tovuz rayonunun Alakol kəndində 16 yaşlı gənc özünü asıb.Rayon Polis şöbəsindən verilən məlumata görə, 1998-ci il təvəllüdlü Kamran Mahir oğlu Quliyev özünü yaşadığı evin həyətindəki ağacdan asıb.Onun meyitini atası Mahir Quliyev asılmış halda tapıb. Aparılan araşdırmalar zamanı gəncin intihar etdiyi məlum olub.
Qeyd edək ki, Kamran Quliyev evin yeganə oğlu olub. Kamran qonşuluqdakı qıza aşiq olubmuş. Yaşı az olduğu üçün ona evlənməyə icazə verilməyib. Valideynləri övladlarının oxuyub savad almasını və əsgərlikdən sonra evlənməsini istəyib. Lakin gəncin sevdiyi qıza elçi gəlib. Bu səbəbdən də, gənc oğlan sevgisini itirməkdənsə, həyatını itirməyi üstün tutub.
Rəsmilər isə hələlik intiharın hansı səbəbdən baş verdiyini bilmədiklərini deyir. Hazırda intiharın dəqiq səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi başlanıb.