Tapılan tək ayaq müəmması

Tapılan tək ayaq müəmması

28 Fevral 2014 17:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda tapılan 1 ədəd ayağın kişi cinsinə mənsub olan şəxsə aid olduğu məlum olub. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi yaxınlığında, "Kərpiczavod" adlanan ərazidə tapılan bir ədəd ayağın ekspertizası nəticəsində o da məlum olub ki, ayaq kişi cinsinə aid olan 40-50 yaşlı şəxsə məxsusdur.

Hadisə ilə bağlı araşdırma aparan Suraxanı rayon Prokurorluğunun müstəntiqi Məhərrəm Əzizbəyov bildirib ki, ekspertizanın geniş rəyi yaxın günlərdə təqdim ediləcək və bundan sonra konkret nəticələr əldə etmək mümkün olacaq.

Qeyd edək ki, Suraxanı rayonu ərazisində tapılmış bir ədəd insan ayağının üzərindəki qanqren əlamətləri və digər detallar bədən əzasının amputasiya edilməsi versiyasınında xəbər verir.

Xatırladaq ki, iki gün əvvəl Bakı şəhərinin Suraxanı rayonu ərazisində tapılan kəsilmiş insan ayağı məhkəmə-tibbi ekspertizasına təhvil verilimişdi.