Qohum qatili olan ata və iki oğulun məhkəməsi başlayıb

Qohum qatili olan ata və iki oğulun məhkəməsi başlayıb

28 Fevral 2014 17:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumlarını döyərək öldürməkdə təqsirləndirilən Gülağa Əmiraslanov, onun oğlanları Nəbi və Şahinin cinayət işi üzrə hazırlıq iclası keçirilib. Prosesdə anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə martın 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində baş verib. Nəbi Əmiraslanovun həyat yoldaşı Ramilə qardaşı Ramil Nəbiyevə zəng edərək əri tərəfindən hər gün döyüldüyünü deyib. Bundan sonra Ramil bacısını ata evinə gətirib. Bir neçə gündən sonra Nəbi atası Gülağa və qardaşı Şahinlər birlikdə onların evinə hücum edərək Ramili döyüblər. R. Nəbiyev xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.