Məleykə Abbaszadə İmişlidə vətəndaşları qəbul edib

Məleykə Abbaszadə İmişlidə vətəndaşları qəbul edib

28 Fevral 2014 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri bu gün İmişlidə vətəndaşları qəbul edib. Apa-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, İmişli şəhərində keçirilən qəbulda Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Zərdab və İmişli rayon sakinləri iştirak edib. Qəbul zamanı vətəndaşlar əsasən təhsil ödənişləri, diplomların alınması, dərsliklərin səviyyəsi və işlə təmin olunma problemləri ilə əlaqədar müraciətlər edib. TQDK sədri qaldırılan məsələlər və müraciətlərin aidiyyatı qurumlarla araşdırılacağına söz verib. Bəzi müraciətlər isə qəbul zamanı öz həllini tapdı.