
Talibançılar Türkmənistan ərazisinə daxil olub sərhədçiləri öldürdülər
Bu axşam talibançılar dövlət sərhədini pozaraq Türkmənistan ərazisinə daxil olaraq üç türkmən sərhədçisini güllələyiblər.
Avropa. info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Baqdis əyalətinin qubernatoru məlumat verib. Onun sözlərinə görə, taliblər sərhədi Mukur ərazisində pozublar və güllələdikləri hər üç sərhəd xidmətçisi dünyasını dəyişib. Sərhədi pozanlar Talibandakı Molla Abdullah və Əhmədin qruplaşmasının üzvləri olduğu bildirilir.
Türkmənistanın Əfqanıstandakı konsulluğuda sərhədçilərin ölüm xəbərini təsdiqləyib.
Digər xəbərlər