
Mağazanı "aparanlar" ələ keçdilər
Bakıda mağazadan oğurluq edilib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, fevralın 26-na keçən gecə Babək prospektində yerləşən, Turan Səfərova məxsus mağazadan, içərisində 4000 manat olan seyf, dolabdan 1000 manat və elektrik ləvazimatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - Məmməd Hüseynov, Mehdi Zeynalov və Sədi Zeynalov tutulublar.
Digər xəbərlər