
32 yaşlı qadını maşın vurdu
Göyçay rayonunda maşın piyadanı vurub. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Göyçay şəhərinin Ə. Qarayev küçəsində qeydə alınıb. Rayon sakini Hüseynov Kənan Elman oğlunun idarə etdiyi "VAZ 21011" markalı minik maşını yolu keçən piyadanı, 1982-ci il təvəllüdlü Şıxəliyeva Günay Malik qızını vurub. O, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının maşını ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Digər xəbərlər