İlyas İsmayılov jurnalistlə görüşüb

İlyas İsmayılov jurnalistlə görüşüb

27 Fevral 2014 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

Ədalət Partiyasının sədri, Milli Məclisin üzvü İlyas İsmayılov fevralın 27-də Bakı İstintaq Təcridxanasında "Xural" qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı ilə görüşüb.

Ədalət Partiyasından verilən məlumata görə, İ. İsmayılov Əvəz Zeynallının səhhəti, saxlanılma şəraiti və apellyasiya şikayəti ilə bağlı işlərin gedişi ilə maraqlanıb. Ə. Zeynallı bunlarla bağlı hər hansı şikayətinin olmadığını deyib. Eyni zamanda, o, özünə qarşı elan edilən ittihamlarla barışmadığını və azadlığa çıxması üçün şikayətlərini davam etdirəcəyini bildirib.
Xatırladırıq ki, Əvəz Zeynallı 2013-cü il martın 12-də Cinayət Məcəlləsinin 306 və 311-ci maddələri ilə ittiham olunaraq, 9 il müddətinə azadlıqdan məhrum edilib.