Xalq artisti palataya köçürülüb

Xalq artisti palataya köçürülüb

27 Fevral 2014 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti Ramiz Əzizbəyli reanimasiya və intensiv terapiya şöbəsindən palataya köçürülüb. Qızı Cəlalə Əzizbəylinin apa -ya verdiyi məlumata görə, aktyorun səhhəti orta-ağır olaraq qiymətləndirilir: "Xəstəxanaya gətirildiyi gündən hiss olunacaq dərəcədə irəliləyiş var. Hər halda, irəliləyiş olmasaydı, həkimlər palataya yerləşdirməyi lazım bilməzdilər".

C.Əzizbəyli əlavə edib ki, xalq artistinin hələlik evə buraxılması planlaşdırılmır: "İnanmıram ki, həkimlər tezliklə evə buraxmağı məsləhət bilsinlər. Çünki müalicəsi uzun müddət xəstəxana şəraitində davam etməlidir".

Qeyd edək ki, R.Əzizbəyli beyin insultu diaqnozu ilə fevralın 21-də Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilib.