
Azərbaycanda baş verən yol qəzasında iki nəfər ölüb, bir nəfər xəsarət alıb
Azərbaycanda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Bakı - Şamaxı-Yevlax avtomobil yolunun 259-cu kilometrliyində, Ağdaş rayonu ərazisində qeydə alınıb.
Ağdaş rayon sakini, 1980-ci il təvəllüdlü Tural Mübariz oğlu Mustafayev idarə etdiyi 90 GC 751 dövlət nömrə nişanlı, "Mitsubishi" markalı avtomobili aşırıb.
Qəza nəticəsində avtomobilin sürücüsü və avtomobildə olan digər sərnişin Ağdaş rayon sakini, 1995-ci il təvəllüdlü Anar Mircəlal oğlu Abdullayev dünyasını dəyişib, 1983-cü il təvəllüdlü Aqil Əlövsət oğlu Qasımov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər