İşıqforun qırmızı işığına məhəl qoymayan sürücü həyatı ilə oynadı

İşıqforun qırmızı işığına məhəl qoymayan sürücü həyatı ilə oynadı

27 Fevral 2014 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının mərkəzində ağır yol qəzası baş verib.

Bül-Bül prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində "VAZ 21011" markalı avtomobil "Mercedes Benz"-lə toqquşub.İlkin məlumatlara görə, hadisə zamanı 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.Xilasedici Mahir Quliyevin verdiyi məlumata görə, bunlar Şıxəli Şıxəliev, Turqut Əsədov və Tural Ələkbərovdur."Mercedes"-i Əsədov Turqut Əsildar oğlu idarə edib. "VAZ 21011"-in dünyasını dəyişən sürücüsünün şəxsiyyəti dəqiqləşdirilir.Qəzaya səbəb "VAZ 21011" markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığına məhəl qoymamağı olub. Hadisə yerinə Dövlət Yol Polisi, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.