
İğdır Universitetində Xocalı soyqırımı anıldı
"Türkün türkdən başqa dostu yoxdur!"
Bu gün Türkiyənin İğdır Universitetində də Xocalı soyqırımı anıldı. Müəllim və tələbələrdən, görkəmli şəxslərdən ibarət olan konfrans zalı bir dəqiqəlik sükutla 22 il əvvəl Xocalıda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlıların ruhunu yad etdilər.
Daha sonra Xocalı soyqırımı ilə bağlı çıxışlar edildi, faktlar ortaya qoyuldu. Türk qardaşlarımız ermənilərin törətdikləri bu faşizmə görə Dünya məhkəməsi qarşısında cavab vermələrin vacibliyini vurğuladılar.
P.S. Doğrudur: "Türkün türkdən başqa dostu yoxdur!"
Erhan Gazeteçi
Mediainfo.az
Digər xəbərlər