Minik avtomobili dərəyə aşıb

Minik avtomobili dərəyə aşıb

26 Fevral 2014 17:39
Bəyəndim (0) Bəyənmədim (0)

Lerikdə ağır yol-nəqliyyat qəzası baş verib. Lerik Rayon Polis Şöbəsindən (RPŞ) apa -nın cənub bürosuna verilən məlumata görə, hadisə Lənkəran-Lerik şose yolunun 28-ci kilometrliyində qeydə alınıb. Lerik şəhər sakini, 1984-cü il təvəllüdlü Elnur Naib oğlu Əzizovun idarə etdiyi "VAZ-2106" markalı, 56 BE 561 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək dərəyə aşıb. Sürücü maşında tək olub və vaxtında özünü yerə atıb. Dərəyə yuvarlanan avtomobil yararsız vəziyyətə düşüb.

Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.