Əsgərimiz şəhid oldu

Əsgərimiz şəhid oldu

26 Fevral 2014 17:26
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri şəhid olub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 26-da saat 15.30-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar. Silahlı Qüvvələrimizin kiçik çavuşu Nöhbalayev Kərəm Şahin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Şəhid olmuş kiçik çavuş Nöhbalayev Kərəm Şahin oğlu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.