"Mən azərbaycanlıyam" adlı bədii qiraət müsabiqəsi keçirilib

"Mən azərbaycanlıyam" adlı bədii qiraət müsabiqəsi keçirilib

26 Fevral 2014 17:24
Bəyəndim (0) Bəyənmədim (0)
Məktəblilər diplomlarla təltif olunublar

Bu gün "YUĞ" Dövlət Teatrında Xocalı soyqırımına həsr olunmuş "Mən Azərbaycanlıyam" adlı bədii qiraət müsabiqəsi keçirilib. Sayca 4-cü olan "Mən Azərbaycanlıyam" müsabiqəsi "Hicaz Production", Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Slavyan Universiteti, "Məkteb-Lisey Kompleksi" və "YUĞ" Dövlət Teatrının dəstəyi ilə həyata keçirilib. Tədbirin aparıcısı Elməddin Məmmədov olub.

Müsabiqə boyu iştirakçılar müxtəlif şeirlər səsləndiriblər. Şagirdlərin bacarığını "YUĞ" Dövlət Teatrının sənətçiləri - Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Yaqut Paşazadə, aktrisalar Təranə Ocaqverdiyeva, Zümrüd Qasımova, rejissor Ərtoğrul Kamalov və ADMİU-nun tələbəsi Əbdül Məcidlidən ibarət münsiflər heyəti qiymətləndirib. Xocalı soyqırımına həsr olunmuş müsabiqənin 3 ən yaxşı qiraətçisi aşağıdaki kimi müəyyən olunub.

1. Əliyeva Günəş - M.Araz "Məndən ötdü".

2. İsayeva Röya - B.Vahabzade "Ana dilim".

3. Atakişiyeva Leylaxanım - Ə.Ziyatay "Azərbaycanım mənim".

Qaliblər diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıblar. Eyni zamanda layihənin icraçı direktoru və ideya müəllifi, "Hicaz Production"un direktoru Ayaz Məmmədov Bakı Slavyan Universiteti "Məkteb-Lisey" Kompleksinin direktoru Telman Cəfərov tərəfindən "Azərbaycan Tarixinin unudulmaması yolunda xidmətlərinə görə" fərmanı ilə təltif edilib. Onu da qeyd edək ki, Xocalı faciəsinə həsr olunmuş "Mən Azərbaycanlıyam" müsabiqəsi silsilə xarakteri daşıyan layihənin növbəti mərhələsidir. Müsabiqənin final mərhələsi isə Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçiriləcək.

"Hicaz Production"un icraçı direktoru Ayaz Məmmədov, "biz Xocalı soyqırımını gələcək nəsilə catdırmalıyıq. Bu səbəbdən bu yöndə layihələrimiz davam edəcək", - deyə açıqlama verib.

Samir Aslan

Mediainfo.az