
Hasarlama əleyhinə aksiya
Sumqayıtda 10- cu mikrorayonun 24, 25, 26, 27, 28, 28a, 30, 31, 31a, 32-ci binasının sakinləri etiraz aksiyası keçiriblər. Sumqayıt sakinlərinin Avropa.info-ya verdiyi məlumata görə, aksiyaya səbəb 5 mindən çox insanın istifadə etdiyi yolun satılmasıdır. "İstifadə etdiyimiz yolu, uşaqların oynadığı ərazini hasarlayıblar. Orada obyekt tikmək istəyirlər. 5 mindən çox insan bu yoldan istifadə edir",- deyə Sumqayıt sakini bildirib.
Şikayətçi onu da bildirib ki, 10-cu mikrorayon sahə müvəkkilləri Mircəlal Abbasov və Teymur Babayev etirazçı qadınlardan ikisinin təşkilatçı olduğunu deyib, onları şərləyərək həbsə atmaqla hədələyib.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Digər xəbərlər